Meksikada həbsxana qiyamı nəticəsində yeddi nəfər həlak olub

Meksikanın Vilyaermosa şəhərindəki (Tabasko ştatı) həbsxanada baş vermiş qiyam nəticəsində yeddi nəfər ölüb.

“Eqazet.online” xəbər verir ki, bu barədə ştatın prokurorluğu sosial şəbəkədə məlumat yayıb.

“Tabasko ştatının Baş Prokurorluğu Tabasko ştatının Sosial Reinteqrasiya Mərkəzində baş vermiş və yeddi nəfərin ölümü ilə nəticələnən hadisələrlə bağlı araşdırmaya başlayıb”, – qurumdan bildirilib.

“Proceso” nəşrinin məlumatına görə, qiyam iğtişaşların təşkilatçısı hesab edilən məhbusun qaçmağa cəhd göstərməsi nəticəsində baş verib.

Seçmə xəbərlər

“Qarabağ” sabiq futbolçusu Kadi Borgesin transferini açıqlayıb

Qətər Livana elektrik stansiyalarının işini təmin etmək üçün qaz tədarük etməyi planlaşdırır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...