Kremldə çevriliş: general və Putinin köməkçisi saxlanılıb – İsrail KİV

Moskvada dövlət çevrilişi cəhd etməyə çalışan yüksəkrütbəli şəxslərin həbs olunduğu iddia olunur.

Eqazet.online xəbər verir ki, bu barədə İsrailin rusdilli internet televiziya kanalı olan İTON TV məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Nikolay Patruşev, ordu generalı Sergey Surovikin və RF prezidentinin köməkçisi işləmiş Vladislav Surkov saxlanılıblar.

İTON TV-nin məlumatına görə, bu şəxslər dövlət çevrilişinə cəhddə ittiham olunurlar.

Bildirilir ki, Patruşev daimi ictimai tədbirlərdə görünsə də, sonuncu dəfə o, 2025-ci il yanvarın 15-də Petrozavodskdakı Hərbi Gəmiqayırma zavodunda görünüb. Ondan sonra Patruşev “radar”dan itib. Onun yox çıxması çoxsaylı şübhələrə yol açıb.

Qeyd edək ki, Nikolay Patruşev 14 may 2024-cü ildən Rusiya Federasiyası Prezidentinin köməkçisi, 13 avqust 2024-cü ildən isə Rusiya Federasiyasının Dənizçilik Şurasının sədri vəzifəsini daşıyır.

Vladislav Surkov 2013-2020-ci illərdə Rusiya Federasiyası Prezidentinin köməkçisi vəzifəsində çalışıb.

Ordu generalı Sergey Surovikin 2017-2023-cü illərdə Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin Ali Baş Komandanı, ən azı 2017-ci ildən isə “Vaqner” PMC-nin fəxri üzvü olub.

Surovikin 2022-ci il oktyabrın 8-dən 2023-cü il yanvarın 11-dək Ukraynadakı Rusiya Qüvvələrinin Birgə Qrupunun komandiri, 11 yanvar 2023-cü ildən 22 avqust 2023-cü ilə qədər Ukraynadakı Rusiya Qüvvələrinin Birgə Qrupu komandanının müavini olub. Maraqlıdır ki, o, “Vaqner” rəhbəri olmuş Yevgeniy Priqojinin ölümündən sonra sözügedən silahlı dəstənin başına keçəcək real namizəd idi. Hətta bu məsələ ilə bağlı Putinlə də şəxsi görüşü olub./ olke.az

Seçmə xəbərlər

Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq

Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Ramiz Cəfərov

Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün...

Məxvi Məlumatlar

Heydər Əliyevin Qərb Kəşfiyyatına Qarşı Mübarizəsi – ABŞ, Böyük Britaniya və Digər Qərb Ölkələrinin Casus Şəbəkələrinə Qarşı Əməliyyatlar

Heydər Əliyev, Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə, xüsusilə Sovetlər Birliyinin daxili təhlükəsizliyini qorumaq və xarici təhlükələrə qarşı mübarizəni gücləndirmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlar, həm Sovet Kəşfiyyatının (KGB) işlərini, həm də Heydər Əliyevin şəxsən Sovet dövlətinin təhlükəsizlik strukturlarında...