Jozef Sikela: “TBNM-in inkişafı Türkmənbaşını Avropa və Asiya arasında əsas tranzit qovşağına çevirəcək”

Türkmənbaşı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) əsas qovşağına çevrilə bilər.

“Eqazet.online” report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Asiya ölkələrinə turnesi çərçivəsində martın 12-də Türkmənistanda səfərdə olan Avropa İttifaqının (Aİ) beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikela Türkmənistanın “Orient” nəşrinə müsahibəsində deyib.

“Səfərimin məqsədi Türkmənistanla əməkdaşlığımızı gücləndirmək idi, xüsusən əməkdaşlığımızın həm ölkənin özünə, həm də Avropaya real fayda gətirə biləcəyi sahələrdə. Buraya iqtisadiyyatın modernləşdirilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi və “yaşıl iqtisadiyyat”a doğru irəliləmə daxildir”, – Y.Sikela bildirib.

O əlavə edib ki, Avropanın “Global Gateway” təşəbbüsü çərçivəsində Aİ Türkmənistanın regional və qlobal ticarət şəbəkələrinə inteqrasiyası, infrastrukturun modernləşdirilməsi və investisiyaların cəlb edilməsi imkanlarını genişləndirməyə çalışır.

“Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialının açılması ilə bağlı böyük fürsət görürəm və bu, Türkmənbaşını Avropa və Asiya arasında əsas tranzit qovşağına çevirəcək. Bu dəhliz malların Avropaya çatdırılma müddətini təxminən 15 günə qədər azaldacaq, logistika, nəqliyyat və ticarət sahələrində yeni iş yerləri və investisiya imkanları yaradacaq”, – o söyləyib.

Y.Sikela əlavə edib ki, Türkmənistan Aİ-nin Mərkəzi Asiya ilə qarşılıqlı əlaqəsində strateji rol oynayır və regional ticarət üçün tranzit mərkəzi və əsas xammal və bərpa olunan enerji mənbələri bazarında potensial oyunçu kimi xidmət edə bilər.

“Türkmənbaşı limanından başlayan Transxəzər nəqliyyat dəhlizi ölkəni Avropanın ticarət yollarının şaxələndirilməsində və digər tranzit marşrutlarından asılılığın azaldılmasında aparıcı bənd kimi mövqeləşdirir. Eyni zamanda, bərpa olunan enerji mənbələrinin Türkmənbaşı limanı kimi mövcud infrastruktura inteqrasiyası yollarını araşdırırıq. Logistik əməliyyatları təmin etmək üçün orada günəş və külək elektrik stansiyaları kimi dayanıqlı enerji həllərini işləyib hazırlaya bilsək, Türkmənistan region üçün “yaşıl nəqliyyat dəhlizi”nin yaradılmasında lider ola bilər”, – Avropa komissarı qeyd edib.

O, əlavə edib ki, Türkmənbaşı limanının böyük potensialı var, lakin onun potensialını tam reallaşdırmaq üçün gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal izləmə sistemlərinin təkmilləşdirilməsi və dəmir yolu əlaqələrinin modernləşdirilməsi məqsədəuyğundur.

“Aİ şirkətləri bu istiqamətdə yardım etməyə hazırdır. Müvafiq islahatların həyata keçirilməsi ilə Türkmənistan özəl investisiyaları cəlb edə və Avropa ilə Asiya arasında ticarət üçün əsas tranzit mərkəzinə çevrilə bilər”, – o deyib.

Seçmə xəbərlər

Dövlət Gömrük Komitəsinin sədrinə yeni müavin təyin edilib

Şimali Koreya hakerləri Android istifadəçilərini casus proqramla izləyir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Ramiz Cəfərov

Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün...

Məxvi Məlumatlar

Heydər Əliyevin Qərb Kəşfiyyatına Qarşı Mübarizəsi – ABŞ, Böyük Britaniya və Digər Qərb Ölkələrinin Casus Şəbəkələrinə Qarşı Əməliyyatlar

Heydər Əliyev, Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə, xüsusilə Sovetlər Birliyinin daxili təhlükəsizliyini qorumaq və xarici təhlükələrə qarşı mübarizəni gücləndirmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlar, həm Sovet Kəşfiyyatının (KGB) işlərini, həm də Heydər Əliyevin şəxsən Sovet dövlətinin təhlükəsizlik strukturlarında...