İsrail BMT-nin İnsan Hüquqları Şurasından çıxır

İsrail ABŞ-nin ardınca BMT-nin İnsan Hüquqları Şurasında iştirakını dayandırmaq niyyətini bəyan edib.

“Eqazet.online”reporta istinadən  xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar bəyanatla çıxış edib.

“Trampın BMT-nin İnsan Hüquqları Şurasında iştirak etməmək qərarını alqışlayırıq. İsrail ABŞ-yə qoşulur və Şurada iştirakını dayandırır”, – Saar bildirib.

Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları Şurası demokratik dövlətə (İsrailə – red.) hücumlar və antisemitizmin yayılması üzərində cəmləşib.

“İnsan Hüquqları Şurasında İsrailə qarşı 100-dən çox qətnamə qəbul edilib, Bu, Şuranın qəbul etdiyi bütün qətnamələrin 20 %-dən çoxunu təşkil edir və İran, Kuba, Şimali Koreya və Venesuelaya qarşı qəbul edilən qətnamələrdən sayca çoxdur”, – nazir vurğulayıb.

Saar həmçinin əlavə edib ki, İsrail artıq bu ayrı-seçkiliyə dözməyəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayıb.

Seçmə xəbərlər

Elon Musk: ABŞ Agentliklərini İdarə Etməklə Washington-da Yeni Güc Bazası Qurdu

CIA işçilərinə işdən ayrilma təklifləri edir – Trampın prioritetlərinə uyğunlaşma addımı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...