İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

Eqazet.online xəbər verir ki, Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə göstərdiyi daimi dəstəyə, onun gündəliyində duran məqsəd və məramların beynəlxalq səviyyədə irəli aparılması işinə verdiyi töhfələrə görə dövlət başçısına və Azərbaycan Respublikasına təşəkkürünü bildirib.

  • Ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq Azərbaycan Respublikasının Alyans tərəfindən keçirilən tədbirlərdə fəal iştirakına toxunub, ölkəmizin Alyansa könüllü maliyyə töhfələrinin qurumun fəaliyyətinə vacib dəstək olduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini deyib, təşkilatın fəaliyyətini bundan sonra da dəstəkləyəcəyini bildirib.

Alyansın gündəliyində duran məsələlərin Azərbaycan Respublikasının siyasəti ilə tam uyğunluq təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu yaxından təşviq etdiyini vurğulayıb, bu baxımdan Azərbaycanın və BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirdikləri birgə tədbirlərin əhəmiyyətinə toxunub.

Söhbət zamanı islamofobiyanın bu gün dünyanı narahat edən vacib mövzulardan biri olduğu qeyd edilərək, bu xüsusda ölkəmizlə Alyans arasında əməkdaşlıq və birgə tədbirlərin keçirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

***

Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

Eqazet.online xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Seçmə xəbərlər

Dünyanın bu böyük şəhərləri yavaş-yavaş okeana batır

Stress altında işləməyi necə daha rahat hala gətirmək mümkündür?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar