Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi ilə siyasi məsələləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib.

“Eqazet.online” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.

“Tehrana səfər çərçivəsində İran İR Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik”, – o qeyd edib.

Xatırladaq ki, ötən gün Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyini ziyarət etmişdi.

Seçmə xəbərlər

Azərbaycanın Pakistana sərmayə yatıracağı sahələr açıqlanıb

İnteryer Dizaynda Rəng Seçimi: Rahat və Estetik Məkanlar Yaratmaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar

Kəşfiyyatın məxfi sənədi üzə çıxdı: Sibirdə yadplanetlilər əsgərləri daşa döndərib – FOTO

Sibirdə naməlum uçan obyekt (UNO) 23 əsgəri daşa çevirib. Eqazet.online “Daily Mail”ə istinadla xəbər verir ki, bu barədə məlumatlar Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) məxfiliyi ləğv edilən 250 səhifəlik fayllarında yer alıb. MKİ sənədində yazılır ki, UNO Sovetlər üzərində alçaqdan və səssizcə...