Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Avropa, Şimali Amerika və Xarici Ərazilər üzrə dövlət naziri Stiven Doutin ilə görüşüb.

“Eqazet.online” xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X”də paylaşım edib.

Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsi müzakirə mövzusu olub. 

H.Hacıyev, həmçinin Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauell ilə də görüşüb. Görüşdə güclü Azərbaycan-Böyük Britaniya ikitərəfli tərəfdaşlığı və regional inkişaflar haqqında çox səmərəli müzakirə aparılıb.

Seçmə xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva “Xəyal etmək azadlığı” sərgisində iştirak ediblər

Ərdoğan Azərbaycan Prezidenti ilə görüşü barədə danışıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar