HHQ-nin helikopterləri şərti hava kəşfiyyatı aparıblar

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib.
Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.

Bu barədə “Eqazet.online”a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar plana uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

“Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər”, – məlumatda vurğulanıb.

Seçmə xəbərlər

USAID işçilərinə gizli sənədləri yox etmək tapşırığı verildi  

Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Ramiz Cəfərov

Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün...

Məxvi Məlumatlar