Heç dişlərini fırçalayan və ya dişləri fırçalanan bir heyvan gördünüzmü? Cavabınız yəqin ki, «xeyr» olacaq. Yalnız evdə saxladığınız pişik və ya itin dişlərini bəzən fırçalayır ola bilərsiniz. Amma vəssalam! Aslanlar, pələnglər, quşlar, balinalar, atlar… Bəs digər heyvanlar? Əlbəttə ki, onların dişlərini fırçalayan yoxdur. Bəs bu heyvanların dişləri fırçalanmamasına baxmayaraq necə çürümür?
Gəlin, bunu aydınlaşdıraq. London Zooparkının stomatoloji üzrə məsləhətçisi Piter Kertesz bu məsələyə aydınlıq gətirir. Pələnglər, fillər, delfinlər kimi bir çox heyvanın diş müalicəsini həyata keçirən Kerteszin sözlərinə görə, heyvanlarda ən çox rast gəlinən problem çürük deyil, travmadır. Çürük hallarının az olmasının əsas səbəbi isə onların adətən tərkibində rafinə karbohidratlar olmayan qidalarla qidalanmasıdır. Lakin mütəxəssis əlavə edir ki, Şimali Amerikadakı bəzi heyvanlar emal olunmuş (işlənmiş) qidalarla qidalanır və bu da daha çox çürüyə səbəb olur.
Digər tərəfdən, zooparklardakı heyvanlar adətən vəhşi təbiətdə yaşayanlardan daha uzun ömür sürürlər. Bu da təbii olaraq yaşla bağlı diş problemlərinin artmasına gətirib çıxarır.
Piter Kerteszin fikrincə, zoopark heyvanları yaxşı qidalanır, onların yırtıcıları yoxdur və yüksək səviyyəli tibbi xidmət alırlar. Buna görə də onlarda yaşlanmaya bağlı diş problemlərinə daha çox rast gəlinir.
Əslində heyvanlarda diş fırçalamaq çürükdən qorunmaq üçün kifayət deyil və çürük probleminin əsas səbəbi yanlış qidalanmadır. Yəni təbii olmayan, rafinə karbohidratlarla zəngin dietlər çürüyə səbəb olur. Əgər təbiətdə dişi çürüyən heyvan görmüsünüzsə, deməli o, qidalanmaması lazım olan şeylərlə qidalanır.
Məsələn, səhra heyvanı olan damanlar əsasən meyvə ilə qidalanır, lakin bu, onlar üçün o qədər də təbii sayılmır. Damanların dişləri adətən çürük olur. Üstəlik, bu çürüklər təkcə dişlərinə deyil, orqan çatışmazlıqlarına da səbəb olur.
Yəni heyvanların sağlam dişlərə sahib olmasının sirri onların qidalanma tərzində gizlidir. Nəticə olaraq, onların dişlərini fırçalamamasının sirri təbiətlərinə uyğun dietlərindədir. Rafinə olunmuş qidalar yemədikləri üçün dişlərini fırçalamağa ehtiyac qalmır. Biz insanlar isə müasir həyatın gətirdiyi zərərli qidalar səbəbindən bu mövzuda kifayət qədər bədbəxtik.