Hava daşımaları üzrə Dövlət Proqramında bir sıra hədəf və məqsədlər müəyyənləşdirilib

Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nda bir sıra hədəf və məqsədlər müəyyən edilib.

Bu barədə “Eqazet-Economics” proqrama istinadən xəbər verir.

Məlumata görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində aşağıdakılara nail olunacaq:

– Əlavə ilə müəyyən edilən beynəlxalq standartların və tövsiyə olunan təcrübənin həyata keçirilməsinin təmin edilməsi

– Mülki aviasiyada xidmətin səmərəliliyini və keyfiyyətini artırmaqla yanaşı, hava gəmiləri parkının, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt və bort ehtiyatlarının hərəkətini sadələşdirmək məqsədilə əsassız maneələri və gecikmələri aradan qaldırmaqla proseslərin və prosedurların təkmilləşdirilməsi

– Mülki aviasiyada rəsmiyyətin sadələşdirilməsinə dair məsələləri həll etmək üçün innovativ strategiyaların hazırlanmasına dəstək verilməsi

– Sərnişinlərin keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığının təmin edilməsi

– Rəsmiyyətin sadələşdirilməsi sahəsində ixtisaslı kadr potensialının formalaşdırılması

– Hava gəmisinin gəlməsi və getməsi zamanı əsassız gecikmələrin qarşısının alınmasını təmin etmək məqsədilə rəsmiyyətin sadələşdirilməsi üzrə tədbirlər görülməsi

– Hava limanlarında (aeroportlarda) səmərəliliyin artırılması üçün effektiv informasiya texnologiyalarının inkişaf etdirilməsi

– Hava gəmisinin istismarçıları tərəfindən Azərbaycan Respublikasında sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyatı məlumatlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Ümumdünya Gömrük Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının müəyyən etdiyi standartlara uyğun ötürülməsi üçün bir pəncərə sisteminin inkişaf etdirilməsi

– Rəsmiyyətin sadələşdirilməsi sahəsində beynəlxalq standartların yerinə yetirilməsinə nail olmaqla aviasiya daşıyıcısının cəlbediciliyinin artırılması

– Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğunluq faizini artırmaqla, keçirilən audit yoxlaması nəticələrinin yüksəldilməsi.

Dövlət Proqramının aşağıda ki məqsədlər müəyyən edilib:

– Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi, əməliyyatların səmərəliliyinin artırılması.

– Ticarətin və turizmin inkişafına töhfə verməklə iqtisadi inkişafın və məşğulluğun artırılması

– Övlət sərhədlərinin təhlükəsizliyinin gücləndirilməsi;

– Keyfiyyətli aviasiya xidmətlərinə əlçatanlığı təmin etməklə sərnişinlərin səyahət təcrübəsinin yaxşılaşdırılması

– Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində kadr hazırlığının və beynəlxalq əməkdaşlığın genişləndirilməsi

– Rəsmiyyətin sadələşdirilməsi sahəsində Azərbaycan Respublikası milli qanunvericiliyinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması və hava gəmilərinin, hava gəmisi

heyəti üzvlərinin və sərnişinlərin hava limanlarında (aeroportlarda) daşınmasının təkmilləşdirilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması

Dövlət Proqramının həyata keçirilməsinə cəlb edilmiş rəsmiyyətin sadələşdirilməsi sahəsində fəaliyyət göstərən dövlət qurumlarının (orqanlarının), xidmət təminatçılarının və yerüstü xidmət təminatçılarının fəaliyyətinin əlaqələndirilməsi və rəsmiyyətin sadələşdirilməsi üzrə birgə fəaliyyətin təşkili

– Sahəvi islahatlar sayəsində rəqabət qabiliyyətinin yüksəldilməsi, daha çox sərnişin və turist cəlb edilməsi

– Hava limanlarının (aeroportların) strukturunun təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının beynəlxalq sərnişin daşımalarında Avropa və Asiya arasında tranzit qovşağı kimi perspektivliyinin yüksəldilməsi

– Regional hava limanlarının (aeroportların) digər dövlətlərdə qeydiyyatda olan istismarçıların iştirakı ilə istismarının stimullaşdırılması və fəaliyyətlərinin genişləndirilməsi.

Seçmə xəbərlər

Kreml Putinlə Trampın telefon danışığını istisna etmir, atəşkəs məsələsində isə tələsmir

Leonardo 2029-cu ilə qədər gələn gəlirləri 325 milyard dollara çatdıracağını proqnozlaşdırır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar