Gədəbəyin Qızıl qala meşəliyində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızıl qala meşəliyi adlanan mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən “Eqazet.online”a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı yaşayış evləri və kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 3 ha sahədə əsasən xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanıb. Yaşayış evləri, kommunikasiya xəttləri və meşə zolağı yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra orqanı iştirak edib.

Seçmə xəbərlər

“Duel” Əməliyyatı: Heydər Əliyevin Dahiyanə Kəşfiyyat Strategiyası

Macron: “Rusiya’nın İcazəsi Olmadan Ukraynada Hərbi Qüvvələr Göndərilə Bilər”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar

“Duel” Əməliyyatı: Heydər Əliyevin Dahiyanə Kəşfiyyat Strategiyası

Heydər Əliyevin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində (DTK) çalışdığı dövrdə həyata keçirdiyi "Duel" əməliyyatı, onun peşəkarlığını və strateji düşüncə tərzini əks etdirən mühüm bir nümunədir. Bu əməliyyat, Azərbaycanın təhlükəsizlik tarixində əks-kəşfiyyat sahəsində şah əsərlərdən biri hesab olunur. Əməliyyatın Hazırlanması və...