Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...