Dövlət Agentliyi: İstehlakçılar mağaza və restoranlarda qiymət manipulyasiyası ilə üzləşir

Azərbaycanda istehlakçıların malın ölçüsünə, çəkisinə və qiymətinə dair aldadılması halları müxtəlif formalarda özünü göstərir.

Eqazet.online Report-a istinadən xəbər verir ki, bunu Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı rayonda “İstehlakçı hüquqları” mövzusunda keçirilən təlimdə bildirib.

Onun sözlərinə görə, mağazalarda kassada malın vitrində göstərilən qiymətdən yüksək hesablanması, restoran və kafelərdə menyudakı məbləğdən artıq ödəniş tələb olunması, çəki ilə satılan məhsulların faktiki çəkisinin göstəriləndən az olması və yaxud hesabda əlavə xərclərin əks etdirilməsi istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilir: “Sahibkarlar təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər. Satışda olan bütün malların üzərində ad, növ, qiymət və istehsal tarixi göstərilməli, qiymət kağızları düzgün tərtib edilməlidir. Bundan əlavə, çəkisi ilə satılan məhsulların ölçüsünün dəqiqliyini yoxlamaq üçün mağazalarda standartlara uyğun nəzarət ölçü vasitələri qoyulmalıdır”.

Y. Tapdıqlı vurğulayıb ki. istehlakçıdan malın üzərində göstərilən qiymətdən fərqli məbləğin tələb edilməsi onun hüquqlarının pozulması hesab edilir. O, əlavə edib ki. istehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbiri nəzərdə tutulub: “Belə ki, qanuna görə mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər isə 4 000- 6 000 manat inzibati qaydada cərimə edilir”.

“Az miqdarda aldadılma dedikdə 5 min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Aldadılma məbləği 5 min manatdan çox olarsa, cinayət məsuliyyəti yaranır” – deyə Y. Tapdıqlı qeyd edib.

Seçmə xəbərlər

Ötən il güzəştli mənzil alışına 29 milyon manat ipoteka krediti verilib

İlham Əliyev: Azərbaycan beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...