Bayram Beqay: Albaniya Azərbaycanla tərəfdaşlıq münasibətlərini gücləndirməyə hazırdır

Albaniya Azərbaycanla tərəfdaşlığı gücləndirməyə hazırdır.

“Eqazet.online” report-a istinadən xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay bu gün XII Qlobal Bakı Forumunun açılışında bildirib.

“Coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Albaniya arasında sıx və dostluq münasibətləri mövcuddur. Albaniyanın Prezidenti kimi, hər iki xalqın rifahı naminə bu dostluğu və tərəfdaşlığı gücləndirməyə hazır olduğumu bildirirəm”, – o qeyd edib.

Qeyd edək ki, martın 13-15-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Foruma 400-ə yaxın nüfuzlu siyasətçi, Nobel mükafatı laureatı, alim və ekspert qatılıb.

XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur.

Seçmə xəbərlər

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, hökumət hesabat verəcək

Azərbaycan Prezidenti: Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...