Baş prokuror paytaxtın Qaradağ rayonunda vətəndaşları qəbul edib

Eqazet.online xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

  Yanvarın 23-də Baş prokuror Kamran Əliyev Qaradağ rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Qaradağ rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

  Qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

  Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Seçmə xəbərlər

Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb

2024-cü ildə 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...