Bakıda yeniyetmə eyvandan YIXILIB ÖLDÜ

Bakıda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Eqazet.online “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə martın 11-i saat 20 radələrində Xətai rayonu, Babək prospekti, ev 70, mənzil 94-də qeydə alınıb.

Belə ki, 2012-ci il təvəllüdlü Hüseyn Emil oğlu Ələkbərli yaşadığı 14 mərtəbəli binanın 7-ci mərtəbəsindəki evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Seçmə xəbərlər

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Ramiz Cəfərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Ramiz Cəfərov

Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün...

Məxvi Məlumatlar