Bakıda “Rus Evi”nə əməliyyat nəzarəti başladı

Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları “Rossotrudniçestvo”nun Bakıdakı “Rus Evi”nin binasını nəzarətə götürüblər və bununla bağlı müşahidə kameraları quraşdırılıb. Binaya əməliyyat nəzarəti həyata keçirilir.

“Eqazet.online” xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.

Bildirilir ki, “Rus Evi”nin Azərbaycanda hələ də lazımi qeydiyyatı yoxdur. Ötən gün “Rus Evi” fevral ayı üçün tədbirlər planını dərc edib və bu planda, ehtimal ki, Xocalı soyqırımının ildönümü qeyd olunmayıb.

Halbuki Azərbaycanda rəsmi qeydiyyatı olmayan təşkilat ölkə ərazisində qanuni fəaliyyət göstərə bilməz. Diplomatların ekstraterritoriallıqla bağlı sevimli arqumentinin bununla heç bir əlaqəsi yoxdur – “Rus evi” Rusiya diplomatik missiyasının ərazisində yerləşmir. Təkcə bu fakt onu bağlamaq üçün ciddi səbəbdir.

Rəsmi olaraq “humanitar layihələr” və “yumşaq güc”lə məşğul olsa da, əslində “Rus Evi”nin fəaliyyəti ilə bağlı da ciddi suallar yaranır.

“Rossotrudniçestvo”ya 1990-cı il yanvarın 20-də Bakıda cəza əməliyyatının və dinc əhalinin kütləvi qırğınının təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsi kiçik Yevgeni Primakov rəhbərlik edir. Hazırda “Rossotrudniçestvo” çətiri altında hansı anti-Azərbaycan təxribatlarının həyata keçirildiyi barədə dəfələrlə məlumat verilib. Odur ki USAİD-lə olduğu kimi, “Rus Evi”nin və “Rossotrudniçestvo”nun Azərbaycandakı fəaliyyəti də dayandırılmalıdır.

Seçmə xəbərlər

Enigma Kodlarının Sındırılması (Ultra Programı)-Kəşfiyyat

Yaxın Şərqin dəyişən xəritəsi – Kimlərə nə düşəcək?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar