Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?

Bakıda işlədiyi evdən 100 min manatdan çox dəyəri olan qızıl oğurlayan xadiməyə hökm oxunub. 

Eqazet.online Qaynarinfo-a istinadən məlumatına görə, 1993-cü ildə Xaçmaz rayonunda anadan olmuş Z.V. adlı qadının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Z.V. xadimə kimi çalışdığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 3 mərtəbəli həyət evinin 3-cü mərtəbəsində yerləşən qonaq otağının dolabından 115.450 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. 

Təqsirləndirilən şəxs həmin villada 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayının sonlarına qədər çalışıb. O, ev sahibinin ölkə xaricində olmasından istifadə edərək oğurluq hadisəsini tərədib.

Qadın oğurladığı qızılları metronun “Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarının yaxınlığında yerləşən 3 lombarda satdığı da məlum olub. 

Məhkəmənin qərarı ilə Z.V.-ya 4 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Seçmə xəbərlər

Əsəbiləşmək üçün himə bənddirlər: özlərini idarə edə bilməyən BÜRCLƏR

B-52 Bombardmanları Skandinaviya Üzərində Təlim Edərək NATO Dəstəyini Nümayiş etdirir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar

Kəşfiyyatın məxfi sənədi üzə çıxdı: Sibirdə yadplanetlilər əsgərləri daşa döndərib – FOTO

Sibirdə naməlum uçan obyekt (UNO) 23 əsgəri daşa çevirib. Eqazet.online “Daily Mail”ə istinadla xəbər verir ki, bu barədə məlumatlar Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) məxfiliyi ləğv edilən 250 səhifəlik fayllarında yer alıb. MKİ sənədində yazılır ki, UNO Sovetlər üzərində alçaqdan və səssizcə...