Azərbaycanda Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən hallar müəyyənləşib

Nazirlər Kabineti “Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar”ı təsdiq edib.

Eqazet.online xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bu sənəd Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar aşağıdakılardır:

– Bütün ölkə ərazisində və ya ayrı-ayrı yerlərində (bu halda hərbi vəziyyət elan edildiyi ərazinin (ərazilərin) hüdudlarında) hərbi vəziyyət elan edildikdə;

– Ölkənin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət elan edildikdə (elan edildiyi ərazidə). 

Məcəllənin tələbləri aşağıdakı fəaliyyət sahələrinə və məhsullara tətbiq edilmir:

– hüquqi şəxs yaratmadan kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan fiziki şəxslərin, habelə ailə kəndli təsərrüfatlarının istehsal və digər təsərrüfat fəaliyyəti (məhsulların emalı, saxlanması, daşınması və satılması);

– həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti;

– sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması (sənaye üsulu ilə istehsal istisna olmaqla);

– bütün növ nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi;

– “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunla müəyyən edilmiş əşyalar. 

Seçmə xəbərlər

Məcəllə təsdiq olundu: kimlər pulsuz ev alacaqlar?

Ukrayna: Avropaya Çağırış – Rusiyaya Maliyyə Təzyiqini Artırın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar