Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb.

“EQazet” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu ilin yanvarın 1-dən orta hesabla 15 % artırılıb:

– Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;

– Heydər Əliyev Mərkəzi;

– “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;

– Azərbaycanda Atatürk Mərkəzi;

– Dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;

– Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;

– Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu;

– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;

– Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;

– Maliyyə Nazirliyi yanında Maliyyə Elm -Tədris Mərkəzi;

– Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi -Metodiki və İxtisasartırma Mərkəzi;

– Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;

– Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;

– Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;

– Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;

– Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;

– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;

– icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar.

Nazirlər Kabineti yuxarıda adları qeyd olunan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etmək tapşırılıb.

Seçmə xəbərlər

Dövlət Xidməti: Ötən il 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumuna məruz qalıb

Türkiyənin diviziya generalı Azərbaycanın İstanbuldakı Konsulluğunda olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar