Azərbaycan XİN Fransa prezidentinin ittihamlarına cavab verib

Fransa prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransa prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları barədə “EQazet”in sualına cavabında deyib.

“Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib.

Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistan işğalına son qoymaq məqsədilə aparılıb.

Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik.

Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı.

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik”, – o vurğulayıb.

Qeyd edək ki, yanvarın 6-da Fransa prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.

Seçmə xəbərlər

“Google”un Azərbaycandakı bazar payı 8 %-dən çox azalıb

Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar