Azərbaycan 3 ölkədən qızıl tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 3 milyard 313 milyon ABŞ dolları dəyərində 41 078 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.

“Eqazet.online”ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən dəyər ifadəsində 971 dəfə, kəmiyyət olaraq – 507 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Avstraliyadan 1 milyard 452 milyon ABŞ dolları dəyərində 18 158 kiloqram (4 il 3 aydan sonra tədarük bərpa edilib), Amerika Birləşmiş Ştatlarından 1 milyard 57 milyon ABŞ dolları dəyərində 12 913 kiloqram (4 il 6 aydan sonra tədarük bərpa edilib), Meksikadan 171,22 milyon ABŞ dolları dəyərində 2 012 kiloqram, Qazaxıstandan 169,1 milyon ABŞ dolları dəyərində 1 919 kiloqram, Rusiyadan 160,63 milyon ABŞ dolları dəyərində 1 985 kiloqram qızıl alıb.

Ötən il Azərbaycan 10 ölkədən qızıl idxal edib. Son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Meksika, Qazaxıstan və Rusiyadan tədarük həyata keçirilib.

Azərbaycan 2024-cü ildə 212 milyon ABŞ dolları dəyərinə (+30 %) 4 272 kiloqram (+15 %) qızıl ixrac edib.

Ötən il İsveçrəyə 211,76 milyon ABŞ dolları dəyərində (+30 %) 4 270 kiloqram (+15 %) və Birləşmiş Ərəb Əmirliklərinə 150 min ABŞ dolları dəyərində 2 kiloqram (bir il əvvəl tədarük olmayıb) qızıl satılıb.

Seçmə xəbərlər

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi məlum olub

Əhaliyə XƏBƏRDARLIQ – Bu halda qazınız kəsiləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Ramiz Cəfərov

Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün...

Məxvi Məlumatlar

Heydər Əliyevin Qərb Kəşfiyyatına Qarşı Mübarizəsi – ABŞ, Böyük Britaniya və Digər Qərb Ölkələrinin Casus Şəbəkələrinə Qarşı Əməliyyatlar

Heydər Əliyev, Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə, xüsusilə Sovetlər Birliyinin daxili təhlükəsizliyini qorumaq və xarici təhlükələrə qarşı mübarizəni gücləndirmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlar, həm Sovet Kəşfiyyatının (KGB) işlərini, həm də Heydər Əliyevin şəxsən Sovet dövlətinin təhlükəsizlik strukturlarında...