Azərbaycan güləşçiləri Xorvatiyada “Zaqreb Open”in ilk günündə 5 medal qazanıblar

Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən ilin ilk reytinq turniri “Zaqreb Open”in birinci günündə 5 medal qazanıblar.

“Eqazet.online” report-a istinadən  xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Yetmiş kq çəki dərəcəsində mübarizə aparan Kənan Heybətov qızıl medala sahib çıxıb.

İslam Bazarqanov (57) və Arseniy Djioyev (86 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Əli Rəhimzadə (65 kq) bürünc medalla kifayətlənib.

Bu gün Elnurə Məmmədova (55 kq), Abubakr Abakarov və Osman Nurmaqomedov (hər ikisi 92 kq) mübarizəyə qoşulacaq.

“Zaqreb Open” fevralın 5-dən 9-dək davam edəcək. Yarışda hər 3 millimizin ümumilikdə 26 üzvü mübarizə aparacaq.

Seçmə xəbərlər

Tirananın mənzərəsini dəyişəcək səkkiz qeyri-adi göydələn

Avropanın Müdafiə Böhranı: Resurs Problemi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar