Orxan Nadir oğlu Əkbərov (12 dekabr 1982, Saatlı – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997–1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. Hərbi xidməti […]
Şəhidlər
Cəbrayıl Dövlətzadə (11 sentyabr 2001, Corat, Sumqayıt – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Həyatı Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub. Atası Dövlət Dövlətzadə, anası Məleykə Məmmədzadədir. Ailədə bir bacı və iki qardaş olaraq böyüyüblər. Əslən zəngilanlı olub. Subay idi. Təhsili Cəbrayıl Dövlətzadə orta təhsilinə Sumqayıt şəhəri “Təfəkkür” liseyində başlayıb, daha sonra 2 […]
Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün ərzində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji […]
Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə […]
Orxan Rövşən oğlu Cabbarov (16 oktyabr 1995, Tovuz – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Orxan Cabbarov 1995-ci il oktyabrın 16-da Tovuz şəhərində anadan olub. Ailəli idi. Ayxan adında bir oğlu yadigar qaldı. Hərbi xidməti Orxan Cabbarov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən […]
Bu gün Azərbaycanın Milli Qəhrəmanı və Birinci Qarabağ müharibəsinin şəhidi Akif Əkbərovun doğum günüdür. Eqazet.online Ölkə.az istinadən xatırladır ki, Akif Əkbərov 2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində dünyaya göz açıb. Məqsədinə çatmaq üçün gərgin və şərəfli bir həyat sürən Akif Əkbərov, son dərəcə vətənpərvər bir insan olaraq, Qarabağ […]
Valeh Vahid oğlu Bədəlov (10 oktyabr 1990, Aşağı Tala, Zaqatala rayonu – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Valeh Bədəlov 1990-cı il oktyabrın 10-da Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. 1996–2007-ci illərdə R. Şabanov adına Aşağı Tala kənd tam orta məktəbində, 2007–2012-ci illərdə Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini Azərbaycan dili və Ədəbiyyat müəllimliyi […]
Elbrus Eyvaz oğlu Bayramov (1 dekabr 1986, Jdanov rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Elbrus Bayramov 1986-cı il dekabrın 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994–2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002–2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2005–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi […]
Şamil Baloğlan oğlu Babayev (26 yanvar 1988, Camaldın, Culfa rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.e Həyatı Şamil Babayev 1988-ci il yanvarın 26-da Culfa rayonunun Camaldın kəndində anadan olub. Ailəli idi. Bir övladı var. Hərbi xidməti Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Şamil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi […]
Nihad Akif oğlu Babayev (30 avqust 1991, Günəşli, Biləsuvar rayonu – 29 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Günnüt əməliyyatı iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Həyatı Nihad Babayev 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu […]