Pentaqon ABŞ-nin Çini cilovlamaq üçün əsas müttəfiqini açıqlayıb

Yaponiya ABŞ-nin Çinin artan təsirinə qarşı əsas müttəfiqi olub.

“Eqazet.online” “Kyodo”ya istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset Tokioda yaponiyalı həmkarı Qen Nakatani ilə danışıqlar zamanı bildirib.

“Yaponiya Çin tərəfindən təcavüzkar hərəkətlərin qarşısını almaqda bizim əsas tərəfdaşımızdır”, – Heqset vurğulayıb.

Nakatani öz növbəsində qeyd edib ki, ölkələr “azad və açıq Hind-Sakit okean regionu” yaratmaq üçün birgə işi davam etdirəcəklər.

Danışıqlar Heqsetin nazir vəzifəsinə təyin olunmasından sonra müdafiə qurumları başçılarının ilk üz-üzə görüşü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb

Bz Mar 30 , 2025
Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib. Bu barədə “Eqazet.online”a Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin […]

Bəyənə bilərsən