Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta olub – FAKTİKİ HAVA

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Eqazet.online xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, martın 25-i saat 10:00-a olan məlumatına əsasən, düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 17, Qəbələdə 14, Şamaxıda 12, Şabranda 11, İsmayıllıda 8, Lerikdə 6, Altıağac, Şəki və Neftçalada 4, Oğuz eyni zamanda Bakıda və Abşeron yarımadasında 3, Xaçmaz və Yardımlıda 2, Ağsu, Şuşa, Biləsuvar, Kürdəmir, Göyçay, Tərtər və Balakəndə 1 mm-dək qeydə alınıb.

Dağlıq ərazilərdə isə qar yağıb, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 22, Qusarda (Laza) 18, Qubada (Qrız) 17, Şahdağda 9, Qaxda (Sarıbaş) 6, Xınalıqda 4, Xaltanda 3, Qobustanda 2 sm-dir. Martın 24-də şimal-qərb küləyi əsib, küləyin sürəti Naftalanda 20, Mingəçevirdə 18, Şabran və Xaltanda 16 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Göyçay və Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 200 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda isə 8 dərəcəyədək şaxta qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əhaliyə XƏBƏRDARLIQ: sabahdan başlayır, güclü olacaq

Ça Mar 25 , 2025
Mart ayının son günlərində, xüsusilə 26-28 tarixlərində orta güclü maqnit qasırğası gözlənilir. Eqazet.online  xəbər verir ki, bu dövrdə baş ağrıları, təzyiq dəyişiklikləri və digər narahatlıqların yaranması mümkündür. Bundan əlavə, 27 fevral – 1 mart tarixləri arasında Günəş aktivliyinin artması nəticəsində zəif geomaqnit qasırğası baş vermişdi. Bu cür hadisələrin təkrarlanması ehtimalı […]

Bəyənə bilərsən