Pakistanın Baş nazirinin müavini Azərbaycanla əlaqələri gücləndirməyi tapşırıb

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla əlaqələrin gücləndirilməsinə tapşırıq verib.

“Eqazet.online” Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu o, nazirliklərarası iclasda bildirib.

Hökumət rəsmisi iclasda Azərbaycanla əlaqələrin gücləndirilməsinin ölkəsinin prioriteti olduğunu vurğulayıb, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkib.

M.İ.Dar həmçinin Azərbaycanın iştirakı ilə həyata keçiriləcək investisiya layihələri ilə bağlı işləri sürətləndirməyi tapşırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Trampın dünyanı qorxuya salan addımları: Nüvə müharibəsi…

Ça Mar 25 , 2025
ABŞ prezidenti Donald Trampın xarici siyasətdə atdığı addımlar bütün dünyada narahatlıq doğurur. Bu amillərdən biri də Trampın hakimiyyətə yenidən qayıdışı ilə dünyada nüvə silahlarının yeni dövrü başlamasıdır. Eqazet.online xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.   Nəşrin yazdığına görə, belə, Trampın xarici siyasətdə atdığı addımlar, Rusiyaya yaxınlığı, NATO və […]

Bəyənə bilərsən