Mövlud Çavuşoğlu: Qarşıdakı dövrdə daha çox ABŞ-Çin rəqabəti müşahidə olunacaq

Çin qlobal təsirini artırmaqdadır, ABŞ hökuməti yeni qaydalar tətbiq edir.

“Eqazet.online” report-a istinadən xəbər verir ki, bunu Türkiyənin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu martın 13-də XII Qlobal Bakı Forumunda çıxışında deyib.

O bildirib ki, indiki dövrdə Rusiyanın daxilində və bölgədəki fəaliyyəti Avropanın təhlükəsizliyinə təsir edir.

“Bütün bunlara baxdıqca, beynəlxalq sistemdəki vəziyyətə tərif vermək çətinləşir. Düşünürəm ki, İkinci Dünya müharibəsindən sonrakı düzən tam olaraq başa çatmayıb”.

M.Çavuşoğlu qarşıdakı dövrdə Rusiya ABŞ deyil, daha çox Çin-ABŞ rəqabətinin müşahidə olunacağını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

AÇG və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

Ca Mar 13 , 2025
Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin martın 1-nədək 653,5 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Eqazet.online” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir. Bu yataqlar istismara veriləndən bu ilin martın 1-nədək isə 473,1 milyard kubmetr qaz hasil edilib. Bu […]

Bəyənə bilərsən