ABŞ bu şəxslərin “green card”ını ləğv edəcək

ABŞ hökuməti ötən il Fələstin etirazlarına rəhbərlik edən Nyu-Yorkdakı Kolumbiya Universitetinin fələstinli aspirantı Mahmud Xəlili saxlayıb.

Eqazet.online xarici KİV-ə istinadla xəbər verir ki, o, saxlanıldıqdan sonra “green card”ı ləğv edilib.

Eyni zamanda ABŞ Dövlət katibi Marko Rubio da vəziyyətlə bağlı “X” hesabında paylaşım edib:

“Amerikadakı Həmas tərəfdarlarının vizalarını və ya yaşıl kartlarını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər”,-  deyə o əlavə edib.

Qeyd edək ki, Donald Tramp ABŞ prezidentliyinə namizəd olarkən kampusda Fələstinə etiraz edən tələbələrin ABŞ vətəndaşı olduqları təqdirdə həbs ediləcəyini, əcnəbi olduqları təqdirdə deportasiya ediləcəyini vəd etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

OpenAI və CoreWeave arasında 12 milyard dollarlıq tarixi əməkdaşlıq

Ça Mar 11 , 2025
Eqazet.online xəbər verir ki, OpenAI, süni intellekt sahəsindəki fəaliyyətlərini gücləndirmək məqsədilə, bulud hesablama xidmətləri təminatçısı CoreWeave ilə 11,9 milyard dollar dəyərində beşillik müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində CoreWeave, OpenAI-ın süni intellekt modellərinin təlimi və işlədilməsi üçün zəruri olan hesablama gücünü təmin edəcək. Müqavilənin bir hissəsi olaraq, OpenAI, CoreWeave-in ilkin kütləvi […]

Bəyənə bilərsən