Bu təqaüdlər də artırıldı

Minimum əməkhaqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir.

Eqazet.online xəbər verir ki, bu barədə deputat, iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.

O, bildirib ki, “Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir. 2025-ci ilin yanvar ayından minimum əmək haqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb.

Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaud artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb.

Digər bir sıra təqaüdlərdə artımlar ilə bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır. Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ABŞ-nin İT sektoru Trampın iqtisadiyyatla bağlı bəyanatından sonra 1 trilyon dollar itirib

Ça Mar 11 , 2025
ABŞ Prezidenti Donald Trampın Amerika iqtisadiyyatının yavaşlaya biləcəyi barədə bəyanatlarından sonra “NASDAQ 100” texnologiya indeksinin səhmləri 1 trilyon dollar kapitallaşma itirib. “Eqazet.online” xəbər verir ki, bu barədə “Bloomberg” bildirib. Martın 9-da “Fox News” efirində Tramp idxal mallarına rüsumların artırılmasının Amerika iqtisadiyyatına təsir edə biləcəyini etiraf etsə də, mümkün resessiya haqqında sualdan yayınıb. “Nasdaq 100” indeksi […]

Bəyənə bilərsən