Axtarışda olan şəxslərin gizləndikləri mənzilə FHN qüvvələri cəlb olunub

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində axtarışda olan şəxslərin gizləndikləri mənzilə Fövəqladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub. 

“Eqazet.online” xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. 

Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar – 1987-ci il təvəllüdlü Nəcəfxanov Anar Abdula oğlu və 1985-ci il təvəllüdlü Əliyev Əhməd Fərhad oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Sabah 20 dərəcə isti olacaq

Bz Mar 9 , 2025
Martın 10-da Bakıda və  Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə “Eqazet.online”a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, […]

Bəyənə bilərsən