Aqrar Kredit və İnkişaf Agentliyi ötən il 363 milyon manat subsidiya ödəyib

Ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə 362,5 milyon manat subsidiya ödəyib.

“Eqazet.online” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, 351,1 min fermerə 274 milyon manat əkin subdisiyası (işğaldan azad edilmiş ərazilər üzrə ödənilmiş vəsaitlər daxil olmaqla) 15,7 min fermerə 71,2 milyon manat məhsul subsidiyası (ərzaqlıq buğda, pambıq, tütün, şəkər çuğunduru), 157 toxum və ting istehsalçısına istehsal edib satdıqları reproduksiyalı toxum və tinglərə görə 5,6 milyon manat subsidiya, süni mayalanma ilə doğulan 103 min baş buzova görə 49,7 min nəfərə 10,3 milyon manat, 2,6 min kümçüyə təhvil verdikləri 229,5 ton yaş baramaya görə 1,4 milyon manat subsidiya verilib.

Bundan başqa, ötən il Agentliyin müvəkkil kredit təşkilatları vasitəsilə 62 rayonda aqrar sahədə çalışan hüquqi və fiziki şəxslərdən daxil olan 4,1 min müraciət üzrə 75,4 milyon manat güzəştli kredit və lizinq vəsaiti ayrılıb. O cümlədən, kənd təsərrüfatının inkişafı məqsədilə ölkədə aqrar sektorda çalışan 1,9 min sahibkara 24,8 milyon manat məbləğində güzəştli kreditlər və kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqlarının və suvarma sistemləri dəsti və avadanlıqlarının alışı üçün 50,6 milyon manat güzəştli kreditlər verilib.

Seçmə xəbərlər

Horadiz-Ağbənd dəmir yolu xəttində ötən il görülmüş işlər açıqlanıb

Starmer: “Putinin hiylələrinə icazə verməyəcəyik”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar

Kəşfiyyatın məxfi sənədi üzə çıxdı: Sibirdə yadplanetlilər əsgərləri daşa döndərib – FOTO

Sibirdə naməlum uçan obyekt (UNO) 23 əsgəri daşa çevirib. Eqazet.online “Daily Mail”ə istinadla xəbər verir ki, bu barədə məlumatlar Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) məxfiliyi ləğv edilən 250 səhifəlik fayllarında yer alıb. MKİ sənədində yazılır ki, UNO Sovetlər üzərində alçaqdan və səssizcə...