Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri, Yaşıllar Partiyasından kanslerliyə namizəd Robert Habek 2018-ci ildən ölkə iqtisadiyyatında real artım olmadığını bildirib.
EQazet xəbər verir ki, o, bu barədə “Habeck Der Spiegel” jurnalına müsahibəsində deyib.
“Biz Almaniyada 2018-ci ildən bəri real artıma malik deyilik. İqtisadiyyat hazırda dərin struktur böhranı yaşayır. Bunun kökləri uzun illərdir həll olunmayan problemlərdə – ixtisaslı kadr çatışmazlığı, həddindən artıq bürokratiyadadır. Buna əlavə olaraq irimiqyaslı geosiyasi dəyişikliklər də var”, – o bildirib.
Onun sözlərinə görə, əgər Almaniya əsaslı dəyişikliklər etməsə, dünyada indiyə kimi oynadığı rolu oynaya bilməyəcək.
Nazir ən böyük səhvlərindən biri kimi 2022-ci ilin əvvəlində genişmiqyaslı iqtisadi inkişaf proqramının hazırlanmamasını göstərib: “Araşdırmalar inflyasiyanın, qiymətlərin və faiz dərəcələrinin artdığını göstərib. Lakin bunun əvəzində hökumət yalnız kiçik addımlar atıb”.