Almaniya Azərbaycandan üzr istədi

Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub.

Eqazet.online AZƏRTAC-a istinadən xəbər verir ki, dərhal iki ölkənin Prezident Administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb.

Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.

Məktubu və onun Azərbaycan dilində tərcüməsini təqdim edirik:
“Hörmətli Hikmət Hacıyev.

Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.

Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.

Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.

Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır”.

Seçmə xəbərlər

“Amerika və ya İsrail hücum edərsə nüvə silahına əl atacağıq” – Laricanidən ŞOK AÇIQLAMA

Rusiyada hərbi xidmətə kütləvi çağırış: Yeni hücum istiqaməti açıqlandı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar

Kəşfiyyatın məxfi sənədi üzə çıxdı: Sibirdə yadplanetlilər əsgərləri daşa döndərib – FOTO

Sibirdə naməlum uçan obyekt (UNO) 23 əsgəri daşa çevirib. Eqazet.online “Daily Mail”ə istinadla xəbər verir ki, bu barədə məlumatlar Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) məxfiliyi ləğv edilən 250 səhifəlik fayllarında yer alıb. MKİ sənədində yazılır ki, UNO Sovetlər üzərində alçaqdan və səssizcə...