AİİB Bakı Metropoliteninin inkişafı ilə bağlı layihələrdə iştirak edə bilər

Bakı Metropoliteninin inkişaf etdirilməsi ilə bağlı təşəbbüs və layihələrin icrasının maliyyələşdirilməsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) iştirakı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

“Eqazet” “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, müzakirələr QSC-nin sədri Vüsal Aslanovun Azərbaycanda səfərdə olan AİİB-in baş investisiya direktoru Konstantin Limitovksi ilə keçirdiyi görüşdə baş tutub.

Görüşdə AİİB nümayəndələrinə 2030-cu ilə qədər Bakıda Metropolitenin inkişaf perspektivləri, yeni 10 stansiyanın inşası, digər layihələr və onların əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, şəhər nəqliyyatında mövcud çətinliklərin aradan qaldırılması məqsədilə metropolitenin inkişaf etdirilməsi prioritet vəzifələrdəndir.

Bakı mobillik planı aspektindən metropolitenin inkişaf planı xüsusi müzakirə mövzusu olub.

Qarşılıqlı əməkdaşlıq perspektivlərinin diqqətdə saxlanılması və görüşlərin keçirilməsi razılaşdırılıb.

Seçmə xəbərlər

Rus Diplomatlar Böyük Britaniya Parlamentində Gizli Əraziyə Giriş Etdilər.

İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında Memorandum imzalanıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Məxvi Məlumatlar

“Naturalist” Əməliyyatı: Heydər Əliyevin Kəşfiyyat Sahəsindəki Şah Əsəri və Casusluğa Qarşı Mübarizə

“Naturalist” əməliyyatı, 1955-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) tərəfindən həyata keçirilmiş, Sovet təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyan əks-kəşfiyyat əməliyyatıdır. Bu əməliyyatın məqsədi və gedişi, onun detalları, məqsədi və kimlərə qarşı aparıldığı haqqında ətraflı məlumatları...