ABŞ-nin İT sektoru Trampın iqtisadiyyatla bağlı bəyanatından sonra 1 trilyon dollar itirib

ABŞ Prezidenti Donald Trampın Amerika iqtisadiyyatının yavaşlaya biləcəyi barədə bəyanatlarından sonra “NASDAQ 100” texnologiya indeksinin səhmləri 1 trilyon dollar kapitallaşma itirib.

“Eqazet.online” xəbər verir ki, bu barədə “Bloomberg” bildirib.

Martın 9-da “Fox News” efirində Tramp idxal mallarına rüsumların artırılmasının Amerika iqtisadiyyatına təsir edə biləcəyini etiraf etsə də, mümkün resessiya haqqında sualdan yayınıb.

“Nasdaq 100” indeksi təxminən 4 % azalıb ki, bu da 2022-ci ildən bəri ən pis göstəricidir. Bakı vaxtı ilə 22:13-ə olan vəziyyətə görə, ən çox zərər çəkmiş “Tesla” olub: elektromobil istehsalçısının indeksi 14 % azalıb. Proqram təminatı tərtibatçısı “Palantir Technologies”in səhmləri 11 %, “Apple” şirkətinin qiymətli kağızları 5,3 %, “Microsoft” 3,5 %, “Nvidia” isə 4,8 % azalıb.

Son bir ayda ABŞ-nin aparıcı indeksləri təxminən 5 % azalıb, Amerika şirkətlərinin bazar kapitallaşmasını 3,4 trilyon dollar azaldıb.

Xatırladaq ki, Donald Tramp seçkiqabağı kampaniyası zamanı prezidentliyi dövründə ABŞ-nin “Qızıl dövr”ə qədəm qoyacağını vəd etmişdi. Martın 5-də Konqres qarşısında “Ölkənin vəziyyəti haqqında” müraciətlə çıxış edən Tramp bu tezisi təkrarlayaraq Amerika “Qızıl dövrünün yenicə başladığını” söyləmişdi.

Seçmə xəbərlər

Bu təqaüdlər də artırıldı

Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar