ABŞ İrana PUA istehsalına kömək etdiyinə görə altı şirkət sanksiya siyahısına salıb

ABŞ İrana pilotsuz uçuş aparatları və silah istehsalında dəstək verdiyi üçün altı şirkət və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

“Eqazet.onliine” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Sanksiyalar BƏƏ-də yerləşən “Infracom Communication Networks FZE”, “Diamond Castle Electronics Trading”, “Phenomena International General Trading” və “Future Trends Goods Wholesalers LLC” şirkətlərini, həmçinin Çinin “Zibo Shenbo Machinelectronics” və İranın “Rah Roshd International Trade Exchanges Development” şirkətlərini, həmçinin onun iki əməkdaşını əhatə edir.

Sanksiya siyahısına salınan şirkətlərin ABŞ-dəki aktivləri dondurulacaq.

ABŞ vətəndaşları və ya şirkətlərinə adları çəkilən şəxslərlə iş görmək qadağan edilir, onların da ölkəyə girişi qadağandır.

Seçmə xəbərlər

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfərə gəlib

Attestasiyadan uğurla keçən  650 nəfər müəllim ən yüksək nəticə göstərib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Məxvi Məlumatlar

Kəşfiyyatın məxfi sənədi üzə çıxdı: Sibirdə yadplanetlilər əsgərləri daşa döndərib – FOTO

Sibirdə naməlum uçan obyekt (UNO) 23 əsgəri daşa çevirib. Eqazet.online “Daily Mail”ə istinadla xəbər verir ki, bu barədə məlumatlar Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) məxfiliyi ləğv edilən 250 səhifəlik fayllarında yer alıb. MKİ sənədində yazılır ki, UNO Sovetlər üzərində alçaqdan və səssizcə...