Eqazet.online xəbər verir ki,ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI), Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və Maliyyə Nazirliyi Citibank-a bəzi maliyyə vəsaitlərini dondurmaq göstərişi verib. Bu addım, keçmiş prezident Donald Tramp administrasiyasının iqlim layihələrinə ayrılmış vəsaitləri geri qaytarmaq cəhdləri ilə əlaqələndirilir.
Mənbələrin bildirdiyinə görə, Tramp tərəfdarları administrasiya dövründə təsdiqlənmiş bəzi iqlim proqramlarının maliyyələşdirilməsini qanunsuz hesab edir və həmin pulların dövlət büdcəsinə qaytarılmasını tələb edir. Citibank isə bu göstərişin hüquqi əsaslarını araşdırmaqda davam edir.
Hazırda məsələ ilə bağlı rəsmi açıqlamalar gözlənilir.