“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 199-a çatıb

Mikro və kiçik sahibkarlar vergi azadolmalarını nəzərdə tutan “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. 

Eqazet.online xəbər verir ki, Daha 7 mikro və kiçik sahibkara onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib. Belə ki, “Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxılıb və onlardan 7-nə şəhadətnamənin verilməsi qərara alınıb.

“Startap” şəhadətnamələri “Green Public” MMC-nin ağacəkmə, yaşıllaşdırma tədbirləri və ianələr üçün onlayn platforması, “Lumusoft” MMC-nin motosiklet, ikitəkərli elektrikli nəqliyyat vasitələri və velosipedlər üçün onlayn marketpleys, “Self Tech” MMC-nin özünəxidmət kofeşopu və mikromarket üçün ağıllı həllər, “U and R Company” MMC-nin dövlət qurumlarında və özəl şirkətlərdə kadrların idarəedilməsi üçün onlayn platforması, “Azari” MMC-nin kuryer xidmətlərinin idarəedilməsi üçün onlayn platforması, fərdi sahibkarlar Günay Əliyevanın onlayn təhsil platforması və Cavid Cabbarovun tullantı qida qalıqlarının təkrar emalı, ev heyvanları üçün konservləşdirilmiş yem istehsalı layihələrinə təqdim edilib.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Seçmə xəbərlər

BNMİ-dən növbəti əməliyyat: 32 kiloqram narkotik vasitə aşkarlandı

Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kurska gedib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Ramiz Cəfərov

Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün...

Məxvi Məlumatlar

Heydər Əliyevin Qərb Kəşfiyyatına Qarşı Mübarizəsi – ABŞ, Böyük Britaniya və Digər Qərb Ölkələrinin Casus Şəbəkələrinə Qarşı Əməliyyatlar

Heydər Əliyev, Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə, xüsusilə Sovetlər Birliyinin daxili təhlükəsizliyini qorumaq və xarici təhlükələrə qarşı mübarizəni gücləndirmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlar, həm Sovet Kəşfiyyatının (KGB) işlərini, həm də Heydər Əliyevin şəxsən Sovet dövlətinin təhlükəsizlik strukturlarında...