Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya ilə mümkün atəşkəs danışıqlarına toxunaraq, əgər Moskva bu prosesi rədd edərsə, ABŞ-dan qətiyyətli addımlar gözlədiklərini bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna müharibənin dayandırılması üçün sülh danışıqlarına açıqdır, lakin bunun üçün Rusiyanın konstruktiv mövqe sərgiləməsi vacibdir. Əgər Kremlin belə bir niyyəti olmazsa, ABŞ və Qərb müttəfiqlərinin daha sərt tədbirlər görəcəyinə ümid etdiyini ifadə edib.
“Əgər Rusiya sülh yolunu rədd edərsə, ABŞ və tərəfdaşlarımızdan güclü cavablar gözləyirik. Bu, həm yeni sanksiyalar, həm də müdafiə dəstəyinin artırılması ola bilər,” – deyə Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna və onun Qərbdəki müttəfiqləri, xüsusilə ABŞ, Rusiyanın təcavüzkar siyasətini dayandırmaq üçün müxtəlif diplomatik və hərbi addımları müzakirə edir.